administartor
- 10 Sen, 2025
- 0 Comments
- 2 Mins Read
General English (A1-A2)
Bu kurs İngilis dilinə yeni başlayanlar üçün tam bir başlanğıc proqramıdır. Dərslər lüğət, qrammatika, dinləmə və oxuma bacarıqlarını əhatə edir. Əgər artıq darıxdırıcı qrammatika izahlarından və nəzəriyyələrdən bezmisinizsə, bu kurs tam sizə görədir.
Kurs ərzində:
İngilis dilində düzgün və rahat danışmaq üçün lazım olan əsas qrammatika qaydalarını, söz bazasını və xüsusi ifadə quruluşlarını öyrənəcəksiniz.
Müxtəlif audio tapşırıqlar vasitəsilə dinləmə və düzgün tələffüz bacarıqlarınız inkişaf edəcək.
Yazı və imla bacarıqlarınızı da təkmilləşdirəcək, oxuma və əsas mətnləri anlamaq qabiliyyətinizi artıracaqsınız.
Kurs tam sıfırdan başlayır — məsələn, salamlaşma, özünü təqdim etmə — və getdikcə daha mürəkkəb mövzulara keçir — məsələn, modal fellərlə istək və bacarıqları ifadə etmək.
Yanaşmamız:
Müəllim dərsləri ardıcıl şəkildə quraraq, qrammatika və sözləri sadə və anlaşıqlı şəkildə izah edəcək, tələbələrin irəliləyişini davamlı rəy vasitəsilə dəstəkləyəcək. Qrup müzakirələri, yazılı tapşırıqlar və canlandırmalar vasitəsilə praktiki məşğələlər aparacaq, səhvləri motivasiyaedici və düzəldici yanaşma ilə izah edəcək. Həmçinin faydalı ifadələr öyrədəcək, tələffüz üzərində işləyəcək və dərsləri tələbələrin səviyyəsinə uyğunlaşdıracaq.
Nə öyrənəcəksiniz?
Tələbələr danışıq, dinləmə, oxuma və yazma kimi əsas bacarıqlar üzrə səlistlik, düzgünlük və anlama qabiliyyətlərini inkişaf etdirəcəklər. Güclü qrammatika bazası yaradacaq, söz ehtiyatınızı artıracaq və gündəlik həyatda, eləcə də akademik mühitdə özünüzü rahat ifadə edə biləcəksiniz. Kursun sonunda siz daha inamla danışacaq, fikirlərinizi dəqiq və aydın ifadə edəcək və yazılı tapşırıqları uğurla yerinə yetirəcəksiniz.
- Müddət - 90 dəq
- Dərs sayı ~ 44
- Səviyyə - A1-A2
- Dil - İngilis dili
- Qeydiyyat üçün son tarix - 30.09.2025
- Müəllim - Yuliya Kostina






