administartor
- 04 Sen, 2025
- 0 Comments
- 2 Mins Read
General English (B1-B2)
Kurs məntiqi düşünməyi sevən və qrammatikanı yadda saxlamaq üçün vizual şəkildə öyrənmək istəyən şəxslər üçün faydalı olacaq. Eyni zamanda uzun müddətdir qrammatika öyrənən, lakin onu danışıq zamanı tətbiq etməkdə çətinlik çəkən insanlar üçün də nəzərdə tutulub.
Bu kurs üçün əvvəldən müəyyən qədər təhsil təcrübəsinin olması, zamanların əsaslarını bilmə və lüğət ehtiyatının kifayət qədər olması kifayətdir.
Kurs ərzində:
- İngilis dili zamanlarının məntiqini anlayacaqsınız.
- Kontekstdən istifadə edərək zamanları müəyyən etməyi öyrənəcəksiniz.
- Müxtəlif situasiyalara uyğun düzgün zaman seçməyi bacaracaqsınız.
- Aşağı səviyyələrdə üzərində çox dayanılmayan incəliklərə və müqayisələrə toxunulacaq.
Yanaşmamız:
Müəllim dərsləri strukturlaşdırılmış şəkildə təqdim edəcək, qrammatika və lüğət mövzularını sadə və anlaşılan dillə izah edəcək, və şagirdlərin inkişafını dəstəkləmək üçün davamlı rəy verəcək. Müəllim eyni zamanda qrup danışıq fəaliyyətlərinə, rollu oyunlara və yazı tapşırıqlarına rəhbərlik edəcək, səhvləri konstruktiv və motivasiyaedici şəkildə düzəldəcək. Bundan əlavə, faydalı ifadələri təqdim edəcək, tələffüzlə bağlı kömək göstərəcək və dərs məzmununu hər bir tələbənin səviyyəsinə və ehtiyacına uyğunlaşdıracaq.
Nə öyrənəcəksiniz?
Tələbələr danışıq, dinləmə, oxuma və yazma kimi əsas bacarıqlar üzrə səlistliklərini, dəqiqliklərini və ümumi anlama qabiliyyətlərini inkişaf etdirəcəklər. Siz güclü bir qrammatika bazası quracaq, lüğət ehtiyatınızı genişləndirəcək və gündəlik, həmçinin akademik situasiyalarda öz fikirlərinizi əminliklə ifadə etmə bacarığı qazanacaqsınız. Kursun sonunda, daha rahat danışacaq, aydın və effektiv şəkildə yazacaq və fikirlərinizi sərbəst şəkildə ifadə edə biləcəksiniz.
- Müddət- 90 dəq
- Dərs sayı ~ 44
- Səviyyə - B1-B2
- Dil - İngilis dili
- Qeydiyyat üçün son tarix- 30.09.2025
- Müəllim - Yuliya Kostina






