administartor
- 30 Dek, 2025
- 0 Comments
- 1 Min Read
Yeni il tədbiri
Lingua Language Center-də Yeni İl münasibətilə xüsusi tədbir təşkil etdik. Tədbirdə mərkəzimizin şagirdləri və komandamız bir araya gələrək bayramı birlikdə, maraqlı və faydalı şəkildə qeyd etdilər.
Tədbirin əvvəlində uşaqlar Yeni İl ənənələri və adətləri haqqında qısa məlumat təqdim etdilər. Daha sonra bəzi şagirdlər şeir və çıxışlarla proqramda fəal iştirak etdilər.
Davamında uşaqlar üçün müxtəlif əyləncəli və hədiyyəli oyunlar təşkil olundu. Oyunlar zamanı şagirdlər həm əyləndilər, həm də müxtəlif hədiyyələr qazandılar.
Tədbirin sonunda isə Lingua Language Center komandası və şagirdlər birlikdə 2026-cı il üçün Vision Board hazırladılar. Bu fəaliyyət uşaqların məqsəd qoyma, xəyal qurma və gələcəyə motivasiya ilə baxma bacarıqlarını inkişaf etdirməyə yönəlmişdi.
Bu xoş və yaddaqalan tədbirlə birlikdə hamımız yeni ilə müsbət enerji və böyük hədəflərlə qədəm qoyduq.
Yeni iliniz mübarək!
Lingua Language Center ailəsi olaraq hər kəsə uğurlu və parlaq bir il arzulayırıq.
- Tarix - 27 dekabr 2025
- Saat - 13:00
- Ünvan: LLC






