administartor
- 27 Noy, 2025
- 0 Comments
- 1 Min Read
SDU-da Təlim: “Xaricdə Təhsilin və Xarici Dillərin Karyerada Rolu”
Lingua Language Center-in təşkilatçılığı ilə Sumqayıt Dövlət Universitetində “Xaricdə Təhsilin və Xarici Dillərin Karyerada Rolu” adlı faydalı və maarifləndirici təlim uğurla keçirildi.
Təlimdə universitetin müxtəlif fakültələrindən olan tələbələr yüksək fəallıq göstərərək iştirak etdilər və müasir dövrdə xarici dil biliklərinin karyera quruculuğunda yaratdığı geniş imkanlar haqqında dəyərli məlumatlar əldə etdilər.
Təlim zamanı:
- Xarici dillərin əmək bazarında rəqabət üstünlüyü yaratması,
- Beynəlxalq şirkətlərdə iş və təcrübə imkanları,
- Təqaüdlər və xaricdə təhsil perspektivləri,
- Karyera inkişafında xarici dilin kariyeraya təsiri və praktiki faydaları
kimi mövzular ətraflı şəkildə müzakirə olundu.
İştirakçıların sualları cavablandırıldı, real təcrübələr əsasında motivasiyaedici nümunələr təqdim edildi və sonda tələbələr üçün interaktiv oyunlar təşkil edildi. Tədbirdə aktiv iştirak edən gənclərə hədiyyələr və endirim kuponları təqdim olundu.
Bu kimi layihələrin əsas məqsədi gənclərin inkişafına dəstək olmaq, onların gələcək karyera planlarına düzgün istiqamət verməkdir.
- Tarix - 26 noyabr 2025
- Saat - 13:30
- Ünvan: SDU






