SAT Verbal

Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
  • administartor
  • 19 Sen, 2025
  • 0 Comments
  • 2 Mins Read

SAT Verbal

SAT nədir?
  Bir çox xarici universitetin, elədəcə də ADA-nın qəbul prosesində mühüm rol oynayan SAT orta təhsilini başa vurmaqda olan şagirdlərin ingilis dilində oxuma, yazma və riyazi bacarıqlarını ölçən standart bir testdir.

Verbal və Math olaraq 2 yerə bölünən bu digital (tamamilə komputerləşdirilmiş) testin nəticəsi nəinki qəbul prosesində, hətta təqaüd dəyərləndirməsində də ciddi nəzərə alınır.  Testin daha bir üstünlüyü isə, il ərzində dəfələrlə keçirildiyinə görə, tələbənin qəbul prosesi bitənə kimi istənilən dəfə yenidən götürə bilməsidir. Ardından da, adətən maksimum bal olan 800+800=1600 -a ən yaxın toplanmış nəticə əsas qəbul prosesi zamanı seçilmiş təhsil müəssisəsinə göndərilir.

 

SAT Verbal bölməsinə daha yaxından baxış
  SAT Verbal bölməsi tələbənin tənqidi oxu, kontekstdə söz ehtiyatı, qrammatika və yazı bacarıqlarını yoxlayır – bu bacarıqlar ingilisdilli universitetlərdə akademik uğur üçün vacibdir. Bölmə iki moduldan ibarətdir və ədəbiyyat, tarixi sənədlər, sosial elmlər və elmi mətnlər daxil olmaqla müxtəlif janrlardan olan oxu parçalarına əsaslanan test suallarını əhatə edir.

Tələbələrdən mətnləri təhlil etmək, sübutları şərh etmək, ritorik üsulları anlamaq və standart ingilis dili qrammatika qaydalarını tətbiq etmək tələb olunur. Bu bölmə güclü oxu qavrama bacarığı ilə yanaşı, vaxtın düzgün idarə olunması və detallara diqqət tələb edir.

 

SAT Verbal Hazırlığına Yanaşmamız
  SAT Verbal proqramımız tələbələrin bu bölmədəki hər komponenti mənimsəməsinə kömək etmək üçün diqqətlə qurulub. Tədrisə qrammatika və oxu qavrama kimi əsas bacarıqları gücləndirməklə başlayırıq, sonra isə mürəkkəb mətnlərin işlənməsi və düzgünlüyün artırılması üçün qabaqcıl strategiyalara keçirik. Tələbələr real imtahan materialları ilə məşq edirlər və kurs boyunca fərdi rəy alırlar. Davamlı qiymətləndirmə və adaptiv öyrənmə alətləri vasitəsilə tələbələrin ehtiyac və məqsədlərinə uyğun şəkildə irəliləməsini təmin edirik.

Qeyd: SAT Verbal hazırlıq proqramımızın strukturu, müddəti və intensivliyi hər bir tələbənin fərdi məqsədləri və zaman çərçivəsinə uyğun olaraq dəyişə bilər.