administartor
- 03 Sen, 2025
- 0 Comments
- 2 Mins Read
SAT Math
SAT nədir?
Bir çox xarici universitetin, elədəcə də ADA-nın qəbul prosesində mühüm rol oynayan SAT orta təhsilini başa vurmaqda olan şagirdlərin ingilis dilində oxuma, yazma və riyazi bacarıqlarını ölçən standart bir testdir.
Verbal və Math olaraq 2 yerə bölünən bu digital (tamamilə komputerləşdirilmiş) testin nəticəsi nəinki qəbul prosesində, hətta təqaüd dəyərləndirməsində də ciddi nəzərə alınır. Testin daha bir üstünlüyü isə, il ərzində dəfələrlə keçirildiyinə görə, tələbənin qəbul prosesi bitənə kimi istənilən dəfə yenidən götürə bilməsidir. Ardından da, adətən maksimum bal olan 800+800=1600 -a ən yaxın toplanmış nəticə əsas qəbul prosesi zamanı seçilmiş təhsil müəssisəsinə göndərilir.
SAT Math haqda
SAT Math qisminə gəlincə, burda 4 sahənin ( Algebra , Advanced Math, Problem-Solving & Data Analysis və Geometry & Trigonometry ) əsasları ehtiva edilir. Digər yerli və xarici riyaziyyat proqramlarına nəzərən nisbətən daha az qəliz olan bu proqramın yekun testində şagirdlər 35+35=70 dəqiqə ərzində hər birində 22 sual olan bir-birindən ayrı iki modulda cəmi 44 sualdan toplanıla biləcək maksimum 800-ü hədəfləyirlər. Sualların əksəriyyəti çoxseçimli, bəziləri isə açıq olur.
Bizim SAT Math metodikamız
Bizim SAT Math yönündə götürdüyümüz istiqamətdən bəhs edəcək olsaq, kursumuz tələbələri mümkün ən yuxarı nəticə üçün lazım ola biləcək hər növdə alət və strategiya ilə təmin edir. Dərslər nisbətən yüngül tempdə başlanır və qrupun ortalama səviyyəsinə uyğun olaraq temp və intensivlik zamanla artırılır. Sonlara yaxınsa tələbələr rəsmi praktika və keçmiş imtahan sualları ilə yüklənirlər. Ən əsası isə, yetəri qədər rəqəmsallaşmış sistemimiz sayəsində təyin edilən istənilən tipdə/miqyasda tələbə axsaqlığı mümkün ən qısa zamanda aradan qaldırılır.
Qeyd: SAT Math proqramımızın quruluşu, müddəti və intensivliyi tələbənin fərdi məqsədləri və zaman planına uyğun olaraq dəyişə bilər.
- Müddəti - 90 dəq
- Dərs sayı - >50
- Səviyyə - İngilsi dili minimum B2 və Riyaziyyat əsasları anlayışı
- Dil - İngilis dili
- Müəllim - C. Məmmədov






