Bütün ümumi cavabları buradan alın
1. Hansı dilləri tədris edirsiniz?
Lingua Language Center-də sizə İngilis, Rus, Alman və Çin dilləri, həmçinin IELTS, TOEFL və SAT imtahanlarına hazırlıq kursları təklif edirik.
2. Müəllimlər kimlərdir?
Müəllimlərimiz peşəkar və geniş tədris təcrübəsinə malik yüksək ixtisaslı mütəxəssislərdir. Onların bir çoxu təhsillərini xaricdə alıblar və bu, onlara beynəlxalq perspektiv və dərin dil tədrisi anlayışı qazandırır.
3. Fərdi dərslər mövcuddurmu?
Bəli, fərdi dərslər mövcuddur. Şəxsi yanaşmanı üstün tutanlar üçün bu dərslər əla seçimdir. Daha ətraflı məlumat üçün “Kurslar” bölməsinə baxa və ya birbaşa bizimlə əlaqə saxlaya bilərsiniz
4. Necə qeydiyyatdan keçə və ödəniş edə bilərəm?
Qeydiyyatdan keçmək üçün bizimlə birbaşa əlaqə saxlayın və ya Sumqayıt şəhəri, Bulvar küçəsi 103 ünvanında yerləşən mərkəzimizə yaxınlaşın.
5. Kursa başlamaq üçün əvvəlcədən dil biliyim olmalıdırmı?
Bizdə həm yeni başlayanlar, həm də artıq müəyyən səviyyədə olanlar üçün kurslar mövcuddur. Sıfırdan öyrənməyə başlaya bilərsiz
6. Kursu bitirdikdən sonra daha yüksək səviyyəyə davam edə bilərəm?
Əlbəttə! Proqramımız mərhələli şəkildə qurulub. Hər səviyyəni tamamlayıb qiymətləndirmədən keçdikdən sonra növbəti mərhələyə keçə bilərsiniz
7. Səfər və ya şəxsi planlarım olsa, kursu dayandıra bilərəm?
Bəli, kurs növündən asılı olaraq qısa fasilələr mümkündür.
8. Eyni anda bir neçə dili öyrənə bilərəm?
Bəli! Lingua Language Center olaraq, bir çox tələbəmizin bir neçə dili eyni anda öyrənmək istədiyini bilirik. Həm ardıcıl, həm də fərqli günlərdə dərslər keçmək mümkündür, biz sizin üçün ən rahat və effektiv variantı təklif edirik.
9. Kurs boyunca inkişafımı necə izləyə bilərəm?
İrəliləyişinizi fərdi platformamız vasitəsilə asanlıqla izləyə bilərsiniz. Həm tələbələr, həm də valideynlər bu platformaya çıxış əldə edir. Platformamızda hər dərsdən sonra müəllimlər ətraflı qeydlər və rəy təqdim edir
1. Hansı ölkələr üzrə xaricdə təhsil proqramları təklif edirsiniz?
Biz Çin, İngiltərə, İtaliya, Almaniya, Xorvatiya, Macarıstan, Polşa, Çexiya, Estoniya, Latviya, Litva və Türkiyə kimi ölkələrdə xaricdə təhsil imkanları təqdim edirik.
2. Xaricdə təhsil hazırlığı üçün hansı xidmətləri göstərirsiniz?
Universitet seçimi, müraciət prosesi, sənədlərin hazırlanması, imtahan hazırlığı (IELTS, TOEFL, SAT), viza dəstəyi, təqaüd müraciətləri və səyahət planlamasında sizə kömək edirik.
3. Xarici tələbələr üçün təqaüdlər mövcuddurmu?
Bəli, mövcuddur. Bir çox ölkə və universitetlər xarici tələbələr üçün təqaüdlər təqdim edir.
4. Mənə uyğun universitet və proqram seçməkdə kömək edə bilərsinizmi?
Əlbəttə! Təhsil səviyyəniz, məqsədləriniz və maraqlarınıza əsasən sizə fərdi məsləhət xidməti təqdim edirik.
5. IELTS/TOEFL/SAT imtahanlarını verməliyəm?
Bu, getmək istədiyiniz ölkə və universitetdən asılıdır. Hansı imtahanlara ehtiyac olduğunu sizə izah edəcək və hazırlaşmaqda kömək edəcəyik.
