LLC-də SAT tədrisi

Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
Breadcrumb Abstract Shape
  • administartor
  • 07 Okt, 2025
  • 0 Comments
  • 2 Mins Read

LLC-də SAT tədrisi

Digital SAT (DSAT) nədir?

 Günümüzün qaçınılmaz reallığı olan rəqəmsallaşma SAT imtahanından da yan keçməyib. 2024-dən tam komputerləşdirilən imtahan həm ümumi prosesi, həm də qiymətləndirməni daha əziyyətsiz etmişdir. Yeni müasir formatın gəlişi ilə sualların sayı azaldılmış, imtahan müddəti qısaldılmış və adaptive testing alqoritmi ilə test götürənlərin ümumi sıralamada layiqli yerlərini tapması təmin edilmişdir. Bu alqoritm, qısaca, iddialı tələbəyə effektiv şəkildə iddiasını isbatlamağa imkan verir; zəif halqaya gəlincə isə, mövzu hər kəsə aydındır.

DSAT hazırlığı SAT hazırlığından fərqlidirmi?
  İngilis dilində və ingilisdilli riyaziyyat kurrikulumunda dəyişikliklərin tezliyi aşağı olduğundan bu iki imtahan arasında da uçurum yoxdur. Lakin, əvvəldə də qeyd etdiyimiz rəqəmsallaşma axını bu imtahana hazırlıq prosesinə təsirsiz ötüşməyib. Tələbələr, adaptiv testin öhdəsindən gələ bilmək üçün, bəzi yeniliklərə necə deyərlər “adapt” olmalıdırlar, yəni ki uyğunlaşmalıdırlar. Bu uyğunlaşmaların başında da, avtomatlaşdırılmış imtahan sistemi ilə işləyərək həm əsl imtahanın formatına bələd olmaq, həm də zəifliklərini tez və rahat aşkarlaya bilmək gəlir.

LLC olaraq bu yöndə işlərimiz:
 Heç şübhə yoxdur ki, ənənəvi metodlarla imtahana hazırlaşan hər kəsin uğurlu olma fürsəti var. Lakin mükəmməlliyə meyl edən dünyada dəyişiklik qaçınılmazdır. Biz də mümkün ən yaxşısını hədəfləyən tələbələr üçün öz rahatlığımızdan qurban vermiş və mükəmməliyə aparan bir sıra yenilikləri sistemimizə daxil etmişik. Bunlara ən böyük nümunə kimi qeydiyyat prosesindən diaqnostik yoxlanışa qədər bütün prosesin rəqəmsallaşdırılmasını göstərmək olar. Ardından, peşəkar təlimçi yönləndirməsi ilə Smart TV mərkəzli dərslərdə telefonun qadağan olduğu, tələbələrin dərsə tam fokuslandığı ideal mühit diqqəti çəkməlidir.

Və əvvəl də bəhs etdiyimiz mövzu – avtomatlaşdırılmış imtahan sistemi. LLC-nin hər gün daha da zənginləşdirilən sual bazası ilə tələbələr həm real imtahanın necə olduğuna şahidlik edirlər, həm də müəllim bələdçiliyi ilə nələri inkişaf etdirmələrinə dair dolğun yönləndirməyə sahib olurlar. Əlavə olaraq da, zamanla real imtahan formatına aşinalıqları yüksək səviyyəyə çatdığından onlara verilən müddəti daha verimli istifadə etməyi intuitiv olaraq rahatlıqla bacarırlar, hansı ki imtahan günü onlara çox lazım olacaq.